Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Salyanda zəncirvari qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Mil-Muğan bürosu xəbər verir ki, hadisə gecə saatlarında yeni Ələt-Astara magistralının Salyan rayonu, Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" və "Opel" markalı minik avtomobilləri ağır tonnajlı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində olan şəxslər ağır bədən xəsarətləri alıblar.
İlkin məlumata görə qəzaya səbəb ağır tonnajlı yük avtomobili olub. Qeyd edək ki, yük avtomobili Rusiya Federasiyasına məxsusdur.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu