Salyanda minik avtomobili yük maşınına çırpılıb: Xəsarət alanlar var
Salyanda minik avtomobili yük maşınına çırpılıb: Xəsarət alanlar var
Salyan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yeni Ələt-Astara magistral yolunda, rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili qarşıda gedən "KamAZ" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra Ş.Əmrahzadə Bakıdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu