Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala salıb: Sürücülər çıxılmaz vəziyyətdə
Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala salıb: Sürücülər çıxılmaz vəziyyətdə
Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb.
Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər.
Qazancımızı ailəmizə xərcləyək, ya maşının ehtiyat hissələrinə verək - bilmirik. Yolların bərbad vəziyyəti səbəbindən həm vaxt itiririk, həm də maddi ziyanla üzləşirik. Xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq belə çətinləşib", - deyə yerli sakinlər şikayətləniblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və qüsur aktı tərtib edilib.
Hazırda yolun tam bərpası üçün vəsaitin ayrılması gözlənilir. Bununla belə, Agentlik əməkdaşları ərazini nəzarətdə saxlayır, təmir-bərpa işləri mütəmadi olaraq aparılır. Qurumdan yolun hazırda istifadəyə yararlı vəziyyətdə olduğu da vurğulanıb.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər