"Samsung Galaxy" cihazlarında yeni funksiya olacaq
"Samsung Galaxy" cihazlarında yeni funksiya olacaq
"Samsung Galaxy" cihazlarının "Samsung Gallery" fotoqalereyasında yeni funksiya təqdim ediləcək.
"SamMobile" saytına istinadən xəbər verir ki, istifadəçilər istədikləri şəkilləri və videoları "Şəxsi albom"da gizlədə biləcəklər.
Bildirilir ki, bu funksiya "Google Photos"dakı "Protected Folder"in analoqudur.
Hazırda "Samsung" cihazlarında "Qorunan qovluq" ("Secure Folder") vasitəsilə şəxsi fotoları gizlətmək mümkündür, lakin həmin şəkilləri "Samsung"un "Qalereya" tətbiqində açmaq olmur.
İndi isə "Samsung" yeni funksiyanın beta-testinə başlayıb. İstifadəçilər "Qalereya"nın əsas ekranında "Menyu" düyməsini basaraq, şəkil və videoları asanlıqla gizlədə biləcəklər, bunun üçün "Şəxsi albom"u seçmək kifayət edəcək.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu