Sarıköklü südün faydaları
Sarıköklü südün faydaları
Sarıköklü süd qədimdən bəri ənənəvi təbabətdə istifadə edilən faydalı içkilərdən biridir.
Südün qida dəyəri ilə sarıkökün (kurkumin maddəsi) güclü təsiri birləşərək sağlamlıq Sarıkök təbii iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Süd ilə birlikdə qəbul edildikdə orqanizmin müdafiə sistemini möhkəmləndirir, xəstəliklərə qarşı dözümlülüyü artırır. Süd kalsiumla zəngindir, sarıkök isə iltihabları azaldır.
Bu səbəbdən sarıköklü süd oynaq və sümük problemlərinin qarşısının alınmasında faydalıdır, xüsusilə artrit ağrılarını yüngülləşdirir. Sarıkök mədə-bağırsaq fəaliyyətini tənzimləyir, qaz və şişkinliyi azaldır.
Süd ilə birlikdə qəbul olunduqda həzmi asanlaşdırır, mədə turşusunu tarazlaşdırır. Axşam yatmazdan əvvəl içilən isti sarıköklü süd sinirləri sakitləşdirir, rahat yuxuya getməyə kömək edir. Sarıköklü süd qanda şəkərin səviyyəsini balansda saxlayır, xolesterini aşağı salaraq ürək-damar sağlamlığını qoruyur. Antioksidant xüsusiyyətlərinə görə dərini təmizləyir, səpgilərin və sızanaqların azalmasına kömək edir, dərinin parlaq görünməsini təmin edir. Sarıköklü süd boğaz ağrılarını yüngülləşdirir, öskürəyi azaldır, orqanizmi soyuqdəymə və qripdən qoruyur.







Oxşar -Yeniinfo.az
Azad edilmiş bu kəndlərə köç karvanları yola salındı
Qubada qarın hündürlüyü 3 metrə çatdı
Qocalmağa qarşı təsirli qidalar..
Xəzərdə ard-arda zəlzələ oldu
Bakıda qadınlarla bağlı mühüm konfrans başladı
Çuğundur şirəsinin faydaları..
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Yenilənən infrastruktur, dayanıqlı yükdaşıma - etibarlı dəmir yolu