Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 16-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19°, gündüz 20-24° dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18°, gündüz 19-24°, dağlarda gecə 2-7°, gündüz 7-12° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Fevralın 13-də gözlənilən hava şəraiti
Fevralın 12-də gözlənilən hava şəraiti
Fevralın 11-də gözlənilən hava şəraiti
Fevralın 10-da gözlənilən hava şəraiti
Fevralın 9-da gözlənilən hava şəraiti
Fevralın 8-də gözlənilən hava şəraiti
Fevralın 7-də gözlənilən hava şəraiti
Fevralın 6-da gözlənilən hava şəraiti