Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 18-dən 19-da keçən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 16-19°, gündüz 21-26° dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 18-23°, dağlarda gecə 2-6°, gündüz 7-12° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Fevralın 13-də gözlənilən hava şəraiti
Fevralın 12-də gözlənilən hava şəraiti
Fevralın 11-də gözlənilən hava şəraiti
Fevralın 10-da gözlənilən hava şəraiti
Fevralın 9-da gözlənilən hava şəraiti
Fevralın 8-də gözlənilən hava şəraiti
Fevralın 7-də gözlənilən hava şəraiti
Fevralın 6-da gözlənilən hava şəraiti