Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 19-dan 20-nə keçən gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18°, gündüz 19-21° dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 20-25° isti, dağlarda gecə 1-5°, gündüz 5-9° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Fevralın 13-də gözlənilən hava şəraiti
Fevralın 12-də gözlənilən hava şəraiti
Fevralın 11-də gözlənilən hava şəraiti
Fevralın 10-da gözlənilən hava şəraiti
Fevralın 9-da gözlənilən hava şəraiti
Fevralın 8-də gözlənilən hava şəraiti
Fevralın 7-də gözlənilən hava şəraiti
Fevralın 6-da gözlənilən hava şəraiti