Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 27-30° dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 13-18°, gündüz 20-25° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 8-də gözlənilən hava şəraiti
Aprelin 7-də gözlənilən hava şəraiti
Aprelin 6-da gözlənilən hava şəraiti
Aprelin 5-də gözlənilən hava şəraiti
Aprelin 4-də gözlənilən hava şəraiti
Aprelin 3-də gözlənilən hava şəraiti
Aprelin 2-də gözlənilən hava şəraiti
Aprelin 1-də gözlənilən hava şəraiti