Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub
Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub
Serbiya rəsmən Avropa İttifaqının (Aİ) səhiyyə sahəsindəki "EU4Health" proqramına qoşulub.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar və Avropanın səhiyyə məsələləri üzrə komissarı Oliver Varheyi Brüsseldə bununla bağlı sənəd imzalayıblar. Bildirilib ki, "EU4Health" Avropa İttifaqının tarixində səhiyyə sahəsində dəyəri 5 milyard avronu keçən ən böyük proqramdır.
Zlatibor Lonçar bildirib ki, bu proqramda iştirak təkcə maliyyə dəstəyi yox, həm də Serbiyanın öz səhiyyə sistemini Aİ-nin standartlarına uyğunlaşdırmaq cəhdlərinin təsdiqidir:
"Bu proqram ancaq texniki və maliyyə yardımı deyil. "EU4Health"ə qoşulmaq Avropanın tibbi birliyinə daxil olmaqdır. Proqrama uyğun Serbiya vətəndaşları bərabərhüquqlu mövqeyə sahib olacaqlar".
Serbiyanın səhiyyə naziri qeyd edib ki, ölkənin məqsədi daha güclü, müasir və effektiv səhiyyə sisteminə malik olmaqdır. "Bu sistem Avropa normalarına cavab verməlidir. Amma Serbiya vətəndaşlarının da tələbatı nəzərə alınmalıdır", - deyə Lonçar vurğulayıb.
Komissar Varheyi isə Belqradla əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.
"Biz Avropa İttifaqında olduğu kimi, birliyə üzv olmağa namizəd ölkələrdə də səhiyyəni yaxşılaşdırmağa köklənmişik. Nazir Lonçarla birlikdə layihədə maksimum effekt əldə edəcəyik", - deyə o bildirib







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək