Şimali Koreya süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdi
Şimali Koreya süni intellektlə işləyən yeni raketi sınaqdan keçirdi
Şimali Koreya süni intellekt (Sİ) texnologiyalarından istifadə edən yeni çoxtəyinatlı yüngül raketlərin buraxılış və taktiki qanadlı raketlərin zərbə atəşi sistemini sınaqdan keçirib.
Oxu.Az Yeni info.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər verib.
Məlumata görə, yeni taktiki qanadlı raket yüksəkdəqiqlikli avtonom naviqasiya və topoqrafik uyğunlaşdırma sistemi ilə birləşdirilmiş Sİ əsaslı terminal yönləndirmə funksiyası ilə təchiz edilib.
Qeyd olunur ki, raket süzülmə və mühərrikli uçuşun kombinə edilmiş sxemindən istifadə edərək 100 kilometrə qədər məsafədə hədəflərə yüksəkdəqiqlikli zərbələr endirmə qabiliyyətinə malikdir.
Sınaqları ölkə lideri Kim Çen In da izləyib. O, yeni silahların hərbi əhəmiyyətini yüksək qiymətləndirib və yenilənmiş atəş idarəetmə sistemlərinin və buraxılış qurğularının avtomatlaşdırılmasının müasir döyüş şəraitinə uyğunlaşdırıldığını bəyan edib.
KMTA-nın məlumatına görə, yeni silahların ölkənin cənubundakı artilleriya bölmələrinə verilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi