SIPRI: 100 ən böyük silah istehsalçısının gəlirləri 2024-cü ildə 5,9% artıb
SIPRI: 100 ən böyük silah istehsalçısının gəlirləri 2024-cü ildə 5,9% artıb
100 ən böyük silah istehsalçısının gəlirləri ötən il rekord həddə - 679 milyard dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 5,9% artım deməkdir.
Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı son hesabatında deyilir.
Hesabatda bildirilib ki, ölkələrin arsenallarını genişləndirmək və sürətlə modernləşdirmək istəyi fonunda 100 ən böyük silah istehsalçısının ümumi gəlirlərində kəskin artım qeydə alınıb.
Ukrayna və Qəzzada hərbi münaqişələr, qlobal və regional geosiyasi gərginliklər və davamlı olaraq artan hərbi xərclər səbəbilə artan tələbat fonunda qlobal silah satışından əldə edilən gəlirlər 2024-cü ildə kəskin şəkildə artıb.
2018-ci ildən bəri ilk dəfə olaraq, ən böyük beş silah şirkətinin hamısı məhsullarının satışından əldə etdikləri gəlirləri artırıb.
Avropa və Amerika şirkətləri artımın əsas hissəsini təşkil etsə də, illik artım dünyanın ilk 100-lükdə təmsil olunan bütün bölgələrində müşahidə olunub.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf