Sisi söz verdi, işğal altındakı ərazilərdən taxıl alınmayacaq
Sisi söz verdi, işğal altındakı ərazilərdən taxıl alınmayacaq
Misir artıq Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərindən oğurladığı taxılı qəbul etməyəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski misirli həmkarı Əbdülfəttah Sisi ilə telefon söhbətindən sonra bildirib.
“Prezident Misirin Rusiyanın işğal olunmuş ərazilərimizdən ixrac etdiyi taxılı artıq qəbul etməyəcəyini, eyni zamanda Ukraynadan taxıl idxalını artırmaqda maraqlı olduğunu açıqladı. Bu qərara görə təşəkkür edirəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, Misir ləyaqətli sülhə nail olmaq üçün səy göstərməyə hazırdır. Xüsusilə, xarici işlər nazirlərinin əlaqə saxlayacağı barədə razılığa gəlinib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi