Siyasi fəalın öldürülməsi ilə bağlı ABŞ-da bayraqlar yarıya qədər endirilib
Siyasi fəalın öldürülməsi ilə bağlı ABŞ-da bayraqlar yarıya qədər endirilib
ABŞ-da mühafizəkar siyasi fəal Çarli Kirkin güllələnməsi ilə əlaqədar Prezident Donald Tramp ölkədə bayraqların yarıya qədər endirilməsini əmr edib.
Bu barədə o, “Truth” sosial şəbəkəsində elan edib. Bayraqlar sentyabrın 13-ü yerli vaxtla saat 18:00-a kimi endirilmiş vəziyyətdə qalacaq.
Qeyd edək ki, Donald Trampın tərəfdarı olan 31 yaşlı siyasi fəal Utah Valley Universitetində çıxışı zamanı güllələnib. Hadisədə şübhəli bilinən şəxs bir neçə saat sonra saxlanılıb. Yuta ştatı qubernatoru Spenser Koks hadisənin siyasi sui-qəsd adlandırıb.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?