Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb
Şizofreniyadan qoruyan beyin hüceyrələri yaradılıb
İsveçin Lund Universitetinin alimləri əlavə beyin hüceyrələrini şizofreniya və epilepsiya zamanı adətən zəifləmiş tormozlayıcı sistemin əsas elementlərinə çevirməyə nail olublar.
Araşdırmanın nəticələri "Science Advances" jurnalında dərc olunub.
Söhbət parvalbumin neyronlarından gedir. Bu hüceyrələr beyində həyəcan və tormozlanma balansının qorunmasında mühüm rol oynayır. Onlar neyron şəbəkələrində həddindən artıq aktivliyin qarşısını sürətlə alır, beynin koordinasiyalı və ritmik fəaliyyətini təmin edirlər. Bu neyronların fəaliyyətinin pozulması və ya sayının azalması şizofreniya, epilepsiya və digər nevroloji xəstəliklərin inkişafı ilə əlaqələndirilir.
Əsas çətinlik ondan ibarətdir ki, parvalbumin neyronları rüşeym dövründə beynin inkişafının daha gec mərhələlərində formalaşır. Bu səbəbdən onların laboratoriya şəraitində, o cümlədən kök hüceyrələrdən istifadə etməklə əldə edilməsi olduqca çətindir.
İsveçli alimlər bu problemin həlli üçün alternativ yanaşma təklif ediblər - qlial hüceyrələrin birbaşa yenidən proqramlaşdırılması. Qlial hüceyrələr normalda neyronların qidalanması, qorunması və beyin toxumasının strukturunun saxlanılması kimi dəstək funksiyalarını yerinə yetirir.
Yeni metod glial hüceyrələrin "taleyini" dəyişən xüsusi genlər dəstinin aktivləşdirilməsinə əsaslanır. Bu genlər hüceyrənin parvalbumin neyronuna çevrilməsini təmin edir. Beləliklə, kök hüceyrə mərhələsi ötürülür və proses xeyli sürətlənir.
Tədqiqatın rəhbəri Rylander Ottosson bildirib:
"Xüsusi genləri aktivləşdirməklə biz kök hüceyrələrdən istifadə etmədən glial hüceyrələri parvalbumin neyronlarına çevirməyə nail oluruq. Ümid edirik ki, aşkar etdiyimiz yeni genlər vasitəsilə bu metodu daha da təkmilləşdirəcəyik".
Alimlərin fikrincə, bu üsul yaxın gələcəkdə şizofreniya və epilepsiyanın mexanizmlərini öyrənmək üçün xəstələrdən götürülmüş hüceyrələr əsasında laboratoriya modellərinin yaradılmasına imkan verəcək. Daha uzunmüddətli perspektivdə isə itirilmiş və ya zədələnmiş neyronların birbaşa beyində əvəzlənməsinə yönəlmiş hüceyrə terapiyasının əsasını təşkil edə bilər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu