“Son zəng” günü ilə bağlı sürücülərə xəbərdarlıq
“Son zəng” günü ilə bağlı sürücülərə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) təhsil müəssisələrində keçiriləcək “Son zəng” və “Məzun günü” tədbirləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
Modern.az Yeni info.az xəbər verir ki, müraciətdə bildirilir ki, bu günlərdə yolların sıxlığı və nizamsız parklama halları artacağı gözlənilir. Bu isə hadisə yerinə tələsən yanğınsöndürmə və xilasetmə texnikalarının hərəkətinə mane ola bilər.
Qeyd olunub ki, xüsusilə binaların giriş və həyət ərazilərində, yanğına qarşı su hidrantlarına yaxın yerlərdə və yolların hərəkət hissəsində avtomobillərin düzgün park edilməməsi fövqəladə hallara operativ müdaxiləni çətinləşdirir.
FHN sürücüləri operativ nəqliyyat vasitələrinə yol verməyə, avtomobilləri yalnız icazə verilən yerlərdə park etməyə və hərəkətə maneə yaratmamağa çağırıb.
Nazirlik həmçinin xatırladıb ki, yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar və bu, həm hüquqi, həm də mənəvi baxımdan ciddi nəticələr doğura bilər.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər