Şotlandiyada kimsəsiz adaya köçən şəxsə 35 min dollar veriləcək
Şotlandiyada kimsəsiz adaya köçən şəxsə 35 min dollar veriləcək
Şotlandiyada kimsəsiz Handa adasında işləmək üçün bir nəfər axtarılır.
Meşəbəyi vəzifəsində çalışacaq şəxsə ildə 26 000 funt sterlinq (təxminən 35 000 dollar) ödəniləcək. Onunla ilkin olaraq altı aylıq müqavilə bağlanacaq.
Həmin şəxsin vəzifələrinə vəhşi təbiətin monitorinqi, könüllülər qrupunun idarə edilməsi və hər yay adaya gələn turistlərə kömək daxildir.
Bildirilir ki, son sakinlər adanı 19-cu əsrdə tərk ediblər. İndi orada 10 minlərlə dəniz quşu və digər canlılar yaşayırlar. Balinalar və köpəkbalıqları tez-tez sahildə görünürlər.
Adada mağaza yoxdur və ən yaxın kənd isə təxminən 200 nəfərin yaşadığı Skurridir. Ora materikdən qayıqla on dəqiqəlik məsafədədir, lakin əlverişsiz hava bəzən bir neçə gün gediş-gəlişi mümkünsüz edir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq