Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gün və gecə saatlarında fasiləsiz olaraq davam etdirilib.
Axar.az xəbər verir ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Səbail rayonlarında, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.
Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN-in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.







Oxşar -Yeniinfo.az
Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı
Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Ceyhun Bayramov Yaponiyaya getdi
Bərdədə hərbçimiz faciəvi şəkildə öldü
Bakı-Tbilisi qatarından istifadə edən sərnişinlərin sayı açıqlanıb