Sülh lazımdır, təhlükəsizlik zəmanətləri isə... - Zelenski
Sülh lazımdır, təhlükəsizlik zəmanətləri isə... - Zelenski
Hazırda faktiki olaraq hər gün danışıqlar qrupumuz növbəti görüşlərdə nəticə verə biləcək sənədlər və təkliflər üzərində çalışır. Ən vacibi isə tərəfdaşların da Ukraynada bizim kimi köklənməsidir: sülh lazımdır, etibarlı təhlükəsizlik zəmanətləri isə sülhün mövcud olması və rusların bu və ya digər zərbə, yaxud hansısa hibrid əməliyyatla razılaşmaları pozmaması üçün yeganə real əsasdır.
Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O əlavə edib ki, hazırda Avropada Rusiyanın müdaxiləsinin nə demək olduğunu və Rusiyanın hansı destabilizasiya əməliyyatları apardığını bilməyən ölkə qalmayıb.
Prezident vurğulayıb ki, hamı rusiyalı qatillərin, raketlərin və dronların nə etdiyini görür:
“Buna qarşı müdafiə və təhlükəsizliyin təmin olunması real və hiss olunan olmalı, uzunmüddətli sülh üçün zəmin yaratmalıdır”







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq