Sumqayıt bulvarında baş verən ağır qəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
Sumqayıt bulvarında baş verən ağır qəzada xəsarət alanların SON VƏZİYYƏTİ AÇIQLANDI
Sumqayıt şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti məlum olub.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, yanvarın 12-də, saat 23:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Şahin Şahsuvar oğlu Səmədovun idarə etdiyi KIA markalı, 77-FG-202 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Əmir Vüqar oğlu Alcanlının idarə etdiyi "Toyota Prius" markalı, 77-NG-804 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə yoldan çıxan "Toyota Prius" markalı avtomobil yanıb. Qəza nəticəsində Ş.Səmədov və Ə.Alcanlı xəsarət alıblar.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı