Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Sumqayıt-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Verilən məlumata görə, fevralın 23-dən fəaliyyətə başlayacaq reys üzrə avtobuslar hər gün Sumqayıt Avtovağzalından saat 07:00-da, əks istiqamətdə isə 17:30-da yola düşəcək. Sumqayıt-Laçın reysi üzrə gedişhaqqı 16,60 AZN müəyyən edilib.
Xocalı, Xankəndi və Şuşa şəhərləri marşrut üzrə aralıq məntəqələri təyin edilib. Sumqayıt-Xocalı üzrə gedişhaqqı 14,30 AZN, Sumqayıt-Xankəndi üzrə 14,80 AZN, Sumqayıt-Şuşa üzrə isə 15,20 AZN müəyyən edilib.
Qeyd edək ki, biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.







Oxşar -Yeniinfo.az
İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir
Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ
Salyanda FHN əməkdaşlarını avtomobillə vuran şəxsin kimliyi MƏLUM OLDU
Sumqayıt-Laçın reysi fəaliyyətə başlayır
Bu gün Beynəlxalq Ana Dili günüdür
Azərbaycanda minik avtomobili istehsalı 70%-dən çox artıb
Səfərdə olan şəxs oruc tuta bilərmi?
Ötən gün Bakıda 26 dərəcə isti olub