Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?
Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?
Sumqayıt şəhəri, Xəzər bağları, Suqovuşan küçəsində yaşayan sakinlər uzun illərdir yaşadıqları ərazinin yol və işıqlandırma məsələlərindən narazıdırlar. Onların sözlərinə görə, problem artıq 10 ildən çoxdur ki, davam edir və bu məsələlərə dair dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, heç bir nəticə əldə edilməyib.
Sakinlər, xüsusən axşam saatlarında küçənin işıqsız olmasının ciddi təhlükə yaratdığını bildiriblər:
"Bu yollarda işıq yoxdur. Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər. Yağış yağanda, heç məktəbə gedə bilmirik".
Sakinlər əlavə ediblər ki, bir neçə dəfə bu problemin həll olunacağı vəd edilsə də, heç bir dəyişiklik baş verməyib.
"Deyirlər ki, bu qışa, payıza qədər düzələr, amma heç kim bir iş görmür. Asfaltın bitdiyi yerdə taksi belə gəlmir, çünki yolu keçmək olmur. Yolda yaşlılar, uşaqlar və körpələr var. Bu vəziyyətdə heç kim maraqlanmır", - deyə sakinlərdən biri qeyd edib







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu