Suriya Daxili İşlər Nazirliyi İdlib və Hələbdə İŞİD terrorçularını zərərsizləşdirib
Suriya Daxili İşlər Nazirliyi İdlib və Hələbdə İŞİD terrorçularını zərərsizləşdirib
Suriya Daxili İşlər Nazirliyi Maarət-əl-Numan bölgəsində şosse yolunda patrul maşınına hücumdan sonra bir sıra uğurlu antiterror əməliyyatları həyata keçirildiyini açıqlayıb.
İlk əməliyyat zamanı üç nəfər saxlanılıb, daha bir silahlı isə zərərsizləşdirilib.
Dindirmələr zamanı saxlanılanlar daha dörd nəfərin də iştirakını etiraf ediblər. Bu məlumat əsasında hüquq-mühafizə orqanları ikinci əməliyyatı keçirib və nəticədə qrupun qalan üzvləri də həbs olunub. Ümumi saxlanılanların sayı səkkiz nəfərə çatıb.
DİN-in məlumatına görə, İŞİD terror təşkilatının üzvləri azı üç terror aktında iştirak ediblər. Bunlara yol patrul xidmətinə hücum, İdlib vilayətində Müdafiə Nazirliyi əməkdaşlarına qarşı hücum və Hələb vilayətində gömrükçülərə silahlı hücum daxildir.
Əməliyyatlar zamanı partlayıcı maddələrlə dolu kəmərlər, səsboğucular, raketlər və "M4" pulemyotları müsadirə olunub.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək