Suriyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Suriyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Suriyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
"Al Jazeera"yə istinadən verdiyi məlumata görə, Suriyada Parlament Seçkiləri üzrə Ali Komitənin nümayəndəsi Nəvvər Nəcmə nəticələri açıqlayıb.
Seçkilərdə təxminən 6000 regional seçki kollegiyası üzvləri yeni parlamentin (Xalq Məclisi) 210 deputatdan ibarət təxminən 2/3 hissəsinin formalaşdırılması prosesinin bir hissəsi olaraq əvvəlcədən təsdiqlənmiş siyahılardan namizədləri seçiblər. Suriya Prezidenti Əhməd əş-Şaraa sonradan qalan üçdə bir hissəni təsdiq edəcək.
İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin hər birinin aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşq ətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Deradan 6 və Kuneytrdən 3 deputat seçilib.
"Reuters"in seçki müşahidəçilərinin məlumatlarına əsaslanaraq hesablamalarına görə, yeni qanunvericilərdən altısı qadındır. Onlar qeyd edirlər ki, ümumilikdə 10 yer dini və etnik azlıqlara məxsusdur.
Qeyd edək ki, bu, Suriyada keçmiş dövlət başçısı Bəşər Əsədin devrilməsindən və Əhməd əl-Şaraanın hakimiyyətə gəlişindən sonra keçirilən ilk parlament seçkiləridir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...