Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi qeydə alınıb
Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi qeydə alınıb
Şəkinin Aşağı Göynük kəndində yanğın hadisəsi qeydə alınıb.
Kənd sakini Mustafa Məmişova məxsus, ümumi sahəsi 80 m² olan kafedə yanğın baş verib. Yanğının genişlənərək ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində kafenin dam örtüyünün yanar konstruksiyaları tam yanıb. Yanğın kafeyə bitişik tikilən, Əfqan Əliyevə məxsus ümumi sahəsi 204 m² olan tikiliyə də keçib.
Tikilinin bir otağının 18 m²-lik sahəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu