Səlcuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin gələn il ordunun ixtiyarına veriləcəyini açıqlayıb
Səlcuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin gələn il ordunun ixtiyarına veriləcəyini açıqlayıb
"Baykar" şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktar Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın seriya istehsalına başlandığını və gələn il ordunun ixtiyarına veriləcəyini açıqlayıb.
Bu barədə "Star" məlumat yayıb.
Məlumata görə, altıncı "Kızılelma" hazırda istehsal xəttindədir və gələn il istifadəyə veriləcək.
Səlcuk Bayraktarın sözlərinə görə, bir çox ölkə tərəfindən alınan və onilliklər ərzində ən etibarlı təyyarələrdən biri olan bir "F-16" qırıcısının qiymətinə 20 ədəd "Kızılelma" qırıcısı istehsal edilir.
Qeyd edək ki, "Lockheed Martin" şirkətinin "F-16" qırıcılarının istehsal dəyəri 60-70 milyon dollar qiymətləndirilir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..