Telefon
WhatsApp
Şəmkirdə avtoqəza: Xəsarət alanlardan biri özəl xəstəxanaya köçürüldükdən sonra öldü
300 X 250 Reklam Alanı

Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərlə bağlı məlumat açıqlanıb.

Bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yanvarın 18-i saat 00:50-də Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Onlardan 2001-ci il təvəllüdlü şəxsə döş qəfəsinin sağ tərəfinin qabırğalarının çoxsaylı sınıqları, sağtərəfli hemopnevmotoraks, qapalı kəllə-beyin travması diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

1985-ci il təvəllüdlü şəxsə isə ağır kəllə-beyin travması, döş qəfəsi qabırğalarının çoxsaylı sınıqları diaqnozu təyin edilib. Həmin pasiyent yaxınlarının təkidi ilə özəl tibb müəssisəsinə təxliyə edilib".

Qeyd olunub ki, 1985-ci il təvəllüdlü pasiyent RMX-dən təxliyə olunduqdan sonra dünyasını dəyişib.

Xatırladaq ki, hadisə ötən gün baş verib. "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alıblar.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150