Şərurda ağır qəza: Bir ailənin 3 üzvü öldü
Şərurda ağır qəza: Bir ailənin 3 üzvü öldü
Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üç üzvü həyatını itirib.
Yeni info.az-a Milli.Az xəbər verir ki, qəza rayonun Püsyan kəndi ərazisindən keçən avtomobil yolunda baş verib.
Belə ki, "VAZ-2107" və "NAZ-Lifan" markalı minik avtomobillərinin toqquşması nəticəsində ata Nəvai Həsənov, ana Tamara Həsənova və onların azyaşlı övladı Alparslan Həsənov hadisə yerində ölüblər.
Qəza zamanı ailənin digər övladı İnci Həsənova və "NAZ-Lifan" markalı avtomobilin sürücüsü Rəşad Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər