Səudiyyə Ərəbistanı və Qətər müdafiə tərəfdaşlığını gücləndirmək barədə razılığa gəliblər
Səudiyyə Ərəbistanı və Qətər müdafiə tərəfdaşlığını gücləndirmək barədə razılığa gəliblər
Səudiyyə Ərəbistanında keçirilən Səudiyyə-Qətər Koordinasiya Şurasının iclasında iki ölkə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlığa sadiq olduqlarını vurğulayaraq, müdafiə tərəfdaşlığını daha da inkişaf etdirmək üçün yeni addımlar atmaq qərarına gəliblər.
Bu barədə Qətərin rəsmi xəbər agentliyi məlumat yayıb.
Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Ər-Riyaddakı Yamama Sarayında keçirilən Qətər-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının 8-ci iclasına sədrlik ediblər.
Görüş zamanı iki ölkə əməkdaşlıq və ortaq məsələləri müzakirə ediblər.
Görüş çərçivəsində iki tərəf Ər-Riyad və Doha paytaxtlarını birləşdirən yüksək sürətli dəmir yolu layihəsinin imzalanma mərasimində iştirak ediblər.
Sazişi Səudiyyə Ərəbistanı adından nəqliyyat naziri Saleh Əl-Cəsir, Qətər adından isə nəqliyyat naziri Məhəmməd bin Abdullah Əl-Tani imzalayıb.
Səudiyyə Ərəbistanı Rəsmi Agentliyinin (SPA) məlumatına görə, layihə 785 kilometrlik dəmir yolu xəttinin tikintisini əhatə edir.
Ər-Riyad və Doha arasında uzanacaq xətt həmçinin Kral Salman Beynəlxalq Hava Limanı və Həməd Beynəlxalq Hava Limanını birləşdirəcək.
Yüksək sürətli dəmir yolunun iki paytaxt arasında səyahət müddətini təxminən iki saata endirəcəyi gözlənilir.
Altı il ərzində tamamlanması gözlənilən layihənin məqsədi ildə 10 milyondan çox sərnişin daşımaq və 30 mindən çox iş yeri yaratmaqdır.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb