Səudiyyə Ərəbistanı və Rusiya vizasız rejim haqqında saziş imzalayıb
Səudiyyə Ərəbistanı və Rusiya vizasız rejim haqqında saziş imzalayıb
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında vizasız rejimin təşkil edilməsinə dair razılıq əldə olunub.
Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Səudiyyə Ərəbistanı Krallığı ilə Rusiya arasındakı əla münasibətlər çərçivəsində iki dost ölkənin vətəndaşlarının qarşılıqlı vizadan azad edilməsini nəzərdə tutan bir saziş imzalanıb. Saziş hər iki ölkə arasındakı inkişaf etmiş tərəfdaşlığın dərinliyini əks etdirir, humanitar ünsiyyətə daha geniş imkanlar açır və turizm, iqtisadiyyat və mədəniyyət sahələrində mübadilə imkanlarını dəstəkləyir.”, - açıqlamada deyilir.
Qeyd edək ki, hər iki ölkə vətəndaşlarına 90 gün müddətinə vizasız səfər imkanı verən saziş iş, təhsil, daimi yaşayış və ya həcc məqsədilə ölkəyə gələnlərə şamil olunmur. Bu məqsədlər üçün xüsusi viza alınmalıdır.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp