Telefon
WhatsApp
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
300 X 250 Reklam Alanı

"Səudiyyə Ərəbistanı ilə Türkiyəni İordaniya və Suriya üzərindən birləşdirəcək dəmir yolu xətti üzrə birgə texniki-iqtisadi əsaslandırma işlərinin 2026-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır".

Modern.az Yeni info.az xəbər verir ki, "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Casir deyib.

Nazir qeyd edib ki, bu layihə ilə bağlı ortaq işlər artıq davam edir və məqsəd region ölkələri arasında nəqliyyat əlaqələrini gücləndirməkdir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu daha əvvəl Türkiyə, Suriya və İordaniyanı birləşdirəcək "müasir Hicaz dəmir yolu" layihəsinin inşasının planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, bu marşrutun gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər genişləndirilməsi nəzərdə tutulur.

Layihə reallaşacağı halda, İordaniyadan yola düşən yüklərin Suriya vasitəsilə Türkiyəyə, oradan isə Avropa və Mərkəzi Asiyaya daşınması mümkün olacaq. Bununla da Qırmızı dəniz regionunun Aralıq dənizi və Avropa ilə birbaşa əlaqələndirilməsi hədəflənir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150