Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
Tacikistan Opera və Balet Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə təntənəli qala konsert keçirilib.
Qala konsertdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak edib.
Çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iki ölkənin mədəni bağlarından, Prezidentlər səviyyəsində qarşılıqlı etimadlarından söz açıb.
Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də, öz növbəsində, Azərbaycan-Tacikistan əlaqələrinin dərin köklərə malik olduğunu bildirib.
Çıxışların ardınca Azərbaycan incəsənət ustalarının, həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatında rəngli kompozisiya nümayiş edilib.
Çıxışçılar milli rəqs, eləcə də bəstəkar və xalq mahnıları ilə qala konsertə damğa vurublar.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Məlumat üçün qeyd edək ki, Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri sabah da zəngin proqramla davam etdiriləcək.







Oxşar -Yeniinfo.az
İlham Əliyev bu tarixdə İrəvana səfər edəcək - İddia
Qazaxıstan Prezidentinin müşaviri: Orta Dəhliz artıq əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir
Azərbaycanla Cibuti arasında Nyu-Yorkda viza ilə bağlı saziş imzalanıb
XİN başçısı: Azərbaycanın dini azadlığa sadiqliyi regional sabitlik üçün nümunədir
IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycanla Surinam arasında viza rejimi qismən ləğv edilir
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı