Tayvan ballistik raketləri məhv etməyə qadir sistemi sınaqdan keçirib
Tayvan ballistik raketləri məhv etməyə qadir sistemi sınaqdan keçirib
Tayvan atmosferə daxil olan ballistik raketləri məhv etməyə qadir zenit raketlərini sınaqdan keçirib.
Sınaqlar Cunşan Elm və Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən Pindun dairəsindəki Cüpen hərbi bazasının poliqonunda həyata keçirilib.
Məlumata əsasən, sınaqların yeni "Qiqonq" raket layihəsi ilə bağlı olduğu güman edilir. Raketin sınaq uçuşunun hündürlüyü 30–48 km təşkil edib ki, bu da ballistik hədəfləri atmosferə daxil olarkən vurmağa imkan verir.
Qəzetin mənbələrə istinadən yazdığına görə, "Qiqonq" layihəsi çərçivəsində "TK-III" raketi bazasında artırılmış uçuş məsafəsinə malik bir neçə modifikasiya hazırlanır.
Gözlənilir ki, "Qiqonq I" raketi Amerika istehsalı olan "Patriot III" sistemindən daha yüksək hündürlükdə hədəfi məhv edə biləcək. "Qiqonq IIA" raketinin hədəfi vurma hündürlüyü 100 km olacaq ki, bu da ABŞ-nin "THAAD" adlı yüksək hündürlükdən müdafiə sistemi ilə müqayisə edilə bilər. "Qiqonq IIB" isə təxminən 1000 km uçuş məsafəsinə malik yeni "yer-yer" sinifli ballistik raket olacaq.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?