Tehran təslim olmur, hücum edir: bu üstünlüyü var
Tehran təslim olmur, hücum edir: bu üstünlüyü var
İran ABŞ və İsrailin başlatdığı müharibədən diplomatik çıxış yolu tapmaq cəhdlərini rədd edir. Bu, onun Hörmüz boğazı üzərindəki üstünlüyünə görədir.
Bu barədə "Vaşinqton Post" mənbələrə istinadən məlumat yayıb.
İran və avropalı diplomatlar, eləcə də ərəb rəsmisi nəşrə bildirib ki, Tehran təslim olmaq əvəzinə qonşularına qarşı hücumları gücləndirir:
"İranın təslim olmaq istəməməsi onun dünya yanacaq ehtiyatlarının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazına nəzarət etməsi ilə bağlıdır".
İranlı diplomatın sözlərinə görə, Tehran Hörmüzü qismən bağlamaqla bu təcavüzü təcavüzkarlar üçün son dərəcə baha başa gətirməyə çalışır: "Tarixin ən böyük hərbi supergücü ilə üz-üzəyik".
Nəşrin mənbələri bildiriblər ki, ötən həftə Qətər və Oman rəsmiləri mümkün atəşkəslə bağlı İranla əlaqə saxlamağa başlayıblar:
"Onlar belə nəticəyə gəlib ki, hətta ABŞ və İsrailin böyük hərbi gücü də yaxın gələcəkdə İran hökumətini devirə bilməyəcək. İran cavab verib ki, ABŞ və İsrail ilk olaraq hücumları dayandırsa, danışıqlara razı olacaq".







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi