Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
ABŞ-nin Texas ştatında və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub.
Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən keçirilən səyyar konsulluq xidməti çərçivəsində 50-dən çox Azərbaycan vətəndaşı ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı və notariat xidmətlər ilə bağlı müraciət edib.
Səyyar konsulluq xidməti zamanı vətəndaşlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik olunub, onlara qarşıdan gələn 2026-cı ildə uğurlar arzulanıb.
Qeyd edək ki, indiyədək ABŞ-nin onlarla qərb və cənub şəhər və ştatlarında, o cümlədən Çikaqo, Boston və Nyu-Yorkda səyyar konsulluq xidmətləri həyata keçirilib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu