Tokayev: Dünyada nüvə münaqişəsi riski yüksəkdir
Tokayev: Dünyada nüvə münaqişəsi riski yüksəkdir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyada nüvə münaqişəsi riskinin yüksək olduğunu bildirib.
Qazaxıstan bürosunun verdiyi məlumata görə, o, bunu bu gün Astanada keçirilən Dünya və Ənənəvi Dinlərin Liderlərinin VIII Qurultayının açılış mərasimində çıxışı zamanı deyib.
"Biz insanlar və cəmiyyətlər arasında etimadın gücləndirilməsi və sivilizasiyalararası mübadilənin inkişafına görə xüsusi məsuliyyət daşıyan dini liderlərə böyük ümidlər bəsləyirik. Əminəm ki, dini liderlər bir çox siyasətçilərə sağlam düşüncə, xoş niyyət və mənəvi məsuliyyəti xatırladaraq, dünyanın xaos uçurumuna yuvarlanmasının qarşısını almaq üçün əllərindən gələni edəcəklər", - o qeyd edib.
Prezidentin sözlərinə görə, ekspertlər qarşıdurma təfəkkürünün və geosiyasi çatların artması fonunda nüvə "Armageddon"unun baş vermə ehtimalını yüksək qiymətləndirirlər.
K.Tokayev konstruktiv diplomatiya və dialoqun vacibliyini bir daha vurğulayıb.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...