Tokayev Qazaxıstanın Trampın “Sülh Şurası”na qoşulmasına razılıq verib
Tokayev Qazaxıstanın Trampın “Sülh Şurası”na qoşulmasına razılıq verib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın rəsmi dəvətinə cavab olaraq Qəzza üzrə yaradılan “Sülh Şurası”na qoşulmağa razılıq verib.
Bu barədə Prezidentin mətbuat katibi Ruslan Jeldivay bildirib.
Onun sözlərinə görə, Tokayev Donald Trampdan Qəzza üzrə təsis edilən “Sülh Şurası”na üzv olmaq üçün rəsmi dəvət alıb.
“Prezident Kasım-Jomart Tokayev dünya liderləri arasında bu rəsmi dəvəti alan ilk şəxslərdən biridir. Qazaxıstana sözügedən şuranın qurucu dövlətlərindən biri olmaq təklif edilib. Cavab olaraq, Prezident Tokayev ABŞ Prezidentinə minnətdarlığını bildirən və bu yeni quruma qoşulmağa razılıq verdiyini təsdiqləyən məktub göndərib. O, Qazaxıstanın Yaxın Şərqdə davamlı sülhün təmin olunmasına, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qlobal sabitliyin gücləndirilməsinə töhfə vermək niyyətini bir daha ifadə edib”, – Jeldivay qeyd edib.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq