Tramp 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
Tramp 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün rekord qıran 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
"Bu qanunvericilik Hərb Nazirliyinə mənim "Güc vasitəsilə sülh" siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən qorumağa və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək", - Tramp deyib.
17 dekabrda ABŞ Konqresi qanun layihəsini təsdiqləyib. Bu, digər məsələlərlə yanaşı, 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollarlıq dəstək nəzərdə tutur.
Qeyd edək ki, 30 sentyabrda müddəti bitən ABŞ-ın 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi 884 milyard dollar təşkil edib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək