Tramp buna görə İrana hücum qərarı verdi - Vens
Tramp buna görə İrana hücum qərarı verdi - Vens
Tramp gördü ki, İran rejimi zəifləyib, həmçinin onların nüvə silahı əldə etmək niyyətində olduqlarını bilirdi. Ölkənin təhlükəsizliyini qorumaq üçün hərəkətə keçmək qərarı verdi.
Bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Trampın məqsədi İranın nüvə bombası hazırlaya bilməyəcəyini açıq şəkildə təmin etməkdir. Həyata keçirilərsə, düşünürəm ki, Tramp nəticədən razı qalacaq.
Adətən ABŞ-la razılaşmayan bəzi beynəlxalq təşkilatlar da açıq şəkildə bildiriblər ki, İranın yeraltı və yüksək səviyyədə zənginləşdirilmiş obyektlər tikməsinin yeganə məqsədi nüvə silahı hazırlamaq olub.
Rejimlə bağlı nə baş verməsindən asılı olmayaraq, bu məsələ Trampın əsas məqsədi ilə müqayisədə ikinci dərəcəlidir. Əsas məqsəd isə İranın terrorçu rejiminin nüvə bombası əldə etməsinin qarşısını almaqdır”, - o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi