Tramp Cinpinə öhdəlik qoydu: “Boeing”dən 200 təyyarə alacaq
Tramp Cinpinə öhdəlik qoydu: “Boeing”dən 200 təyyarə alacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, Si Cinpin “Boeing” şirkətindən 200 təyyarə sifariş etməyə razılaşıb və bu addımı Çin liderinin öhdəliyi kimi qiymətləndirib.
Modern.az Yeni info.az xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.
“Bu gün onun razılaşdığı yeganə məsələ 200 böyük təyyarə sifariş edəcəyidir. Bu isə çoxlu iş yeri deməkdir”,- deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin qeyd edib ki, aerokosmik nəhəng əvvəlcə daha kiçik sifariş almağı planlaşdırırdı.
“Boeing 150 sifariş istəyirdi, amma 200 aldı”, - deyə Tramp vurğulayıb.
Onun fikrincə, Si Cinpinin açıqlaması “Boeing”dən təyyarələrin alınması prosesinin irəlilədilməsi ilə bağlı öhdəlik anlamına gəlir.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi