Tramp çərşənbə axşamı rəsmilərlə İrana qarşı tədbirləri müzakirə edəcək
Tramp çərşənbə axşamı rəsmilərlə İrana qarşı tədbirləri müzakirə edəcək
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı əlavə tədbirləri müzakirə etmək üçün görüşəcək.
Bu barədə “Wall Street Journal” qəzeti dövlət rəsmilərinə istinadən məlumat yayıb.
"Prezidentin yüksək vəzifəli administrasiya rəsmiləri ilə planlaşdırılan görüşü növbəti addımlara yönələcək. Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin çərşənbə axşamı keçiriləcək görüşdə iştirakı gözlənilir", - məlumatda deyilir.
İrana qarşı əlavə tədbirlərə İranın hərbi və mülki hədəflərinə qarşı gizli kibersilahların yerləşdirilməsi, Tehrana qarşı əlavə sanksiyaların tətbiqi və hərbi zərbələr daxil ola bilər.







Oxşar -Yeniinfo.az
İslamabadda keçirilən danışıqlardan sonra İran üçün pis xəbər
Hörmüz tezliklə açılacaq - Tramp
Zelenski və Meloni Romada GÖRÜŞƏCƏKLƏR
İranla danışıqlar nəticəsiz qaldı - Vens Pakistanı tərk etdi
ABŞ və İran arasında danışıqların növbəti raundu başladı
Üç strateji marşrut: Biri Zəngəzur... - Yılmaz
Atəşkəs vaxtı Ukraynanın təxliyə qrupu öldürüldü
İranla razılaşma olsa da, olmasa da... - Tramp