Tramp Danimarkanı seçdiyi üçün Qrenlandiyanın Baş nazirini hədələyib
Tramp Danimarkanı seçdiyi üçün Qrenlandiyanın Baş nazirini hədələyib
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, ada Danimarkanı seçir və Vaşinqtona məxsus olmayacaq, ABŞ tərəfindən idarə olunmayacaq.
"The Guardian”a istinadən xəbər verir ki, o bu barədə Qrenlandiya və Danimarka Baş nazirlərinin birgə mətbuat konfransında çıxış edərkən deyib.
“Əgər hazırda ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı, NATO-nu və Aİ-ni seçərik”, - Nilsen bildirib.
Nilsen əlavə edib ki, adanın məqsədi və istəyi əməkdaşlığa əsaslanan sülh yolu ilə dialoqdur. O, Trampın Qrenlandiyanı ələ keçirmə niyyətinin beynəlxalq hüquq və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququ məsələsi olduğunu vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp isə bu bəyanata kəskin reaksiya verərək Qrenlandiya baş nazirini hədələyib. Jurnalistlər Trampdan Qrenlandiyanın Danimarka ilə qalmaq istəyi barədə şərh istədikdə, o, “Onun kim olduğunu bilmirəm” və “Onun haqqında heç nə bilmirəm” deyə cavab verib.
“Bu onların problemidir. Mən onunla razı deyiləm. Onu tanımıram, amma bu onun üçün böyük problem olacaq”, – ABŞ Prezidenti bildirib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək