Tramp: Ehtiyac yaransa, ABŞ İrana yenidən zərbə endirə bilər
Tramp: Ehtiyac yaransa, ABŞ İrana yenidən zərbə endirə bilər
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır.
O, bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Tramp qeyd edib ki, Yaxın Şərqdə hazırkı nisbi sabitlik ABŞ ordusunun vaxtilə İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub.
Prezidentin sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək.
“Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, biz onu yenidən məhv edəcəyik. Onların raket arsenalını da çox qısa müddətdə sıradan çıxarmaq imkanımız var”, - deyə Tramp bildirib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək