Tramp fikrini dəyişdi: Hindistana getməyəcək
Tramp fikrini dəyişdi: Hindistana getməyəcək
ABŞ Prezidenti Donald Tramp bu ilin payızında keçiriləcək QUAD sammiti (Dördtərəfli Təhlükəsizlik Dialoqu) üçün Hindistana səfərini ləğv edib.
Bu barədə "New York Times" dövlət başçısının iş qrafiki ilə tanış olan mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Tramp Hindistanın Baş naziri Narendra Modini sammitdə iştirak etmək niyyəti barədə məlumatlandırıb, lakin sonra planlarını yenidən nəzərdən keçirib.
Bu qərarın səbəbləri açıqlanmır.
Qeyd edək ki, Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad/QUAD) Avstraliya, Hindistan, ABŞ və Yaponiya arasında Hind-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə strateji dialoqdur. QUAD-ın qeyri-rəsmi məqsədi regionda Çinin ambisiyalarını cilovlamaqdır.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...