Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və İran bu prosesə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb.
Yeni info.az-a Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı danışıb.
"Biz onlarla danışırıq. Düşünürəm ki, hər keçən gün onlar danışıqlara daha ciddi yanaşırlar. Ola bilsin ki, bunun məlum səbəbləri var. Hazırda onlarla danışıqlar aparırıq", - deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib: "Onlar indi daha ciddi davranırlar. Lakin bu, mütləq uğur qazanacağımız anlamına gəlmir".
İranla aparılan danışıqlarda ABŞ tərəfdən kimlərin iştirak etdiyi ilə bağlı suala cavab verən Tramp isə "demək olar ki, hamı" ifadəsini işlədib. O qeyd edib ki, prosesdə vitse-prezident Cey. Di. Vens və dövlət katibi Marko Rubio da iştirak edirlər.
Oxşar -Yeniinfo.az
Fransa və İspaniyada meşə yanğınları səbəbilə 100 mindən çox insan təxliyə edilib
Yəmən Səudiyyə Ərəbistanında ARAMCO obyektlərinə zərbə endirib
Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"
İtaliyada görülməmiş vəhşilik: Yanan pişiklərlə meşələrə od vurulduğu iddia edilir
Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı
İran bu ölkələri xəbərdar etdi: zərbə endirəcək
ABŞ Malayziya səfirini çağırdı
Tramp elan etdi: Bu ziyan İranın hesabına ödəniləcək