Tramp İranda qətllərin dayandığını bildirib
Tramp İranda qətllərin dayandığını bildirib
"İran hökuməti etirazçıları edam etməyi planlaşdırmır, iğtişaşlar nəticəsində insanların öldürülməsi isə dayanıb".
Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib."Hazırda mənə məlumat verilib ki, qətllər və edamlar dayandırılıb, onların həyata keçirilməsi planlaşdırılmır. Son bir neçə gündə çoxları deyirdi ki, bu gün məhz edam günü olmalı idi" , - deyə o vurğulayıb.
Tramp bu məlumatın konkret hansı mənbələrdən əldə edildiyini dəqiqləşdirməsə də, onları etibarlı hesab etdiyini və xəbərin yoxlanılacağını vurğulayıb.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.







Oxşar -Yeniinfo.az
Əli Laricani: "ABŞ bizə Oman vasitəsilə bir neçə mesaj ötürüb"
BMW yüzminlərlə avtomobilini geri çağırır
Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq
Rusiya XİN: ABŞ Almaniyada uzaqmənzilli raketlər yerləşdirsə, Moskva cavab verəcək
Türkiyə XİN başçısı: ABŞ İranın uranı məhdud həcmdə zənginləşdirməsinə razılıq verməyə hazırdır
Tramp İranla danışıqların davam etdirilməsində israrlıdır
Volqoqrad vilayəti raket atəşinə məruz qalıb
ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım.