Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
ABŞ Prezidenti Donald Tramp yenidən bəyan edib ki, Tehran Vaşinqtonla saziş bağlamalıdır, əks halda ABŞ İrana qarşı qətiyyətli tədbirlər görə bilər.
Bu barədə "İnterfax" agentliyinə istinadən xəbər verir.
"Biz saziş bağlamalıyıq, əks halda vəziyyət çox ağrılı olacaq", - deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Dövlət başçısı qeyd edib ki, onun İranla saziş imzalamağa xüsusi həvəsi yoxdur, lakin bunu zəruri hesab edir. Tramp əlavə edib ki, əgər Tehranın təklif etdiyi razılaşmalar ədalətli və faydalı olmasa, İran üçün "çox ağır vaxtlar" yaxınlaşacaq.
Bununla yanaşı, Tramp İranla istədiyi qədər uzun müddət danışıqlar aparmağa hazır olduğunu vurğulayıb:
"Mən onlarla istənilən qədər danışacağam və saziş bağlayıb-bağlaya bilməyəcəyimizi görəcəyik".







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi