Tramp İranı içəridən dağıtmaq istəyir - "Kürd kartı" işə salındı
Tramp İranı içəridən dağıtmaq istəyir - "Kürd kartı" işə salındı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda üsyan qaldırmaq üçün İraqdakı kürd qüvvələrini silahlandırmaq üzərində işləyir.
Bu barədə məlumatı “Wall Street Journal”, “Əl Ərəbiyə" və bəzi digər xarici KİV-lər yayıb.
Planla tanış olan bir çox mənbəyə görə, Tramp administrasiyası hərbi dəstək üçün İran müxalifət qrupları və İraqdakı kürd liderləri ilə fəal danışıqlar aparır.
İran kürd silahlı qruplarının İran-İraq sərhədi boyunca, əsasən İraq Kürdüstanında fəaliyyət göstərən minlərlə döyüşçüsü var. Müharibənin başlanğıcından bəri bir neçə qrup İran ordusunun qaçışına işarə edən və İran ordusundan geri çəkilməyə çağıran bəyanatlar verib.
Çərşənbə axşamı günü də prezident Donald Tramp İran Kürdüstanı Demokrat Partiyasının rəhbəri Mustafa Hicri ilə danışıb. Bu barədə İranın yüksək vəzifəli kürd rəsmisi CNN-ə bildirib. İran kürd müxalifət qüvvələrinin yaxın günlərdə İranın qərbində quru əməliyyatında iştirak etməsi gözlənilir.
Mənbə əlavə edib ki, İran kürd müxalifət qüvvələrinin ABŞ və İsrailin dəstəyinə ümid edirlər.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq