Telefon
WhatsApp
Tramp marşrutu
300 X 250 Reklam Alanı

ABŞ və Ermənistan arasında Cənubi Qafqazda yeni nəqliyyat və tranzit mərhələsini nəzərdə tutan Tramp marşrutu layihəsi üzrə növbəti mühüm addım atılıb. ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan layihənin icrası ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər.

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafını, əvvəl əldə olunmuş razılaşmaların icra vəziyyətini və yeni təşəbbüslərin perspektivlərini müzakirə ediblər.

Xüsusi diqqət ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş sülh sammitində razılaşdırılan mexanizmlərin həyata keçirilməsinə yönəlib. Söhbət ABŞ-nin ideya müəllifi olduğu, Beynəlxalq Sülh və Rifah naminə Tramp yolu (TRIPP) layihəsindən gedir.

Məsələ ilə bağlı millət vəkili Sahib Alıyev bildirib: "Zəngəzur dəhlizinin açılması yönündə atılan növbəti bu mühüm addım Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə dediklərinin bir növ təsdiqidir. Xatırladım ki, Prezident orada bildirirdi ki, Zəngəzur dəhlizinin açılmasından imtina Ermənistan üçün bir növ özünəqəsd ola bilərdi. Görünür, qarşı tərəf də bunun fərqindədir və əvvəlcədən razılaşdırılmış plan üzrə proseslər getməkdədir".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150