Tramp Müdafiə Departamentinin adını dəyişmək niyyətindədir
Tramp Müdafiə Departamentinin adını dəyişmək niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.
Ağ Ev rəhbəri bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi”,- deyə Tramp əlavə edib.
Xatırladaq ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb.







Oxşar -Yeniinfo.az
Pezeşkian İslam ölkələrinə çağırış edib
İran heç kimin nail olmadığı bir vəziyyətdədir - Tramp
Ukraynanın bütün ərazisində həyəcan siqnalı
Pezeşkiandan Şərifə: Biz buna hazırıq!
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Tramp Ukrayna üçün hazırdır: Detallar razılaşdırılacaq
Belarus çətin vəziyyətdə: Ukraynanı razı salmasa..
Rusiyaya genişmiqyaslı PUA hücumu